![](uploads/qarabagyeni.jpg) Topaz Premyer Liqasının 26-cı turunun mərkəzi oyununda “Qarabağ”
səfərdə “İnter”i 3-0 hesabı ilə məğlub edərək vahid liderliyini davam etditrdi.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Yaxşı qələbə
qazandıq, vacib 3 xal əldə etdik. Hər qarşılaşmada yaxşı oyun göstərib 3 xal
qazanmaq vacibdir. Oyunların sıx qrafiklə keçirilməsi bizə çətinlik yaşada bilər.
Artıq növbəti oyunlara hazırlaşmalıyıq. Qarşıda hələ 10 tur var, indidən
çempionluq haqqında danışmaq hələ tezdir. Kiçik bir diqqətsizlik oyunumuza təsir
edə bilər”.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Rəqib bizdən
üstün oynadı, layiqli qələbə qazandı. Bu oyun göstərdi ki, biz avrokuboklara vəsiqə
uğurunda “Qarabağ”la yox, digər komandalarla mübarizə aparmalıyıq. 0-3 hesablı
məğlubiyyəti unutmaq çətin olacaq. Bu oyunu unutmalı və toparlanmalıyıq. Növbəti
oyunlara hazırlaşmalıyıq. “Qarabağ”ın futbolçuları fərdi ustalıq baxımından
bizimkiləri üstələyir. Bir neçə gün öncə kubok qarşılaşması oynadığımıza görə məğlub
olduğumuzu düşünmürəm. “Neftçi” ilə oyunda futbolçularda özünəinam var idi, bu
gün isə yox. Ustalıq səviyyəsi və fərdi keyfiyyət “Qarabağ”ın futbolçularında
daha yaxşı idi”.
|