![](uploads/simurqyeniloqo.jpg) Topaz Premyer Liqasının 26-cı turunda Zaqatalada “Rəvan”la
qarşılaşan “Simurq” ilk hissədə vurduğu iki qolla rəqibini məğlub etdi və növbəti
3 xalı aktivinə yazdı – 2:0.
Güvenc Kurtar, “Rəvan” klubunun baş məşqçisi: “Rəqibi qələbə
ilə təbrik edirəm. Öz komandamı da təbrik edirəm, bacardığımız qədər mübarizə
apardıq. Əsas heyətin 8 futbolçusu bu gün heyətdə olmasa da, bura ən azından
heç-heçə üçün gəlmişdik. Təəssüf ki, cərimə zərbəsindən vurulmuş qol
planlarımızı alt-üst etdi. Ardınca da ikinci qolu buraxdıqdan sonra qalib gəlmək
şansımız azaldı. “Simurq” doğma meydanda çox yaxşı oynayan komandadır. Daha da
yaxşı oynaya bilərdik, heç-heçə edə bilərdik. Qarşıdakı kubok oyununa
hazırlaşacağıq. Cəzalı və zədəli futbolçularımız var. Hər iki komandanı təbrik
edirəm”.
George Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Yaxşı oyun
oldu, çoxlu hücumlar təşkil etdik. Topa nəzarət edirdik, ilk hissədə iki qol
vurduq. Daha çox qol vura bilərdik, lakin qol imkanlarından faydalana bilmədik.
Komanda tam gücü ilə oynadı. Azarkeşlər bizi sona kimi dəstəklədi”.
|