![](uploads/xezer.jpg) Topaz Premyer Liqasının 26-cı turunda səfərdə “Sumqayıt”la
qarşılaşan “Xəzər Lənkəran” rəqibini minimal hesabla məğlub etdi – 1:0.
Mustafa Denizli, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Bir
neçə oyundur ki, heç-heçə edirik. Qalib gəldiyimiz üçün şadıq, buna ehtiyacımız
var idi. Qarşıdakı 10 turdan sonra haraya kimi gedə biləcəyimiz daha dəqiq görünəcək.
Bizim üçün həm kubok, həm də Premyer Liqa vacibdir”.
Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Çox zəif
oynadıq. Fikrimcə, futbolçularda arxayınçılıq var. Komanda ilə ciddi söhbət edəcəm.
Bu cür oyunla heç kimə qalib gələ bilmərik”.
|