![](uploads/tpl1.jpg) Topaz
Premyer Liqasının 26-cı turunun açılış oyununda “Bakı” “Qəbələ” ilə qarşılaşdı.
Hərəyə bir dəfə fərqlənən tərəflər 1-1 hesablı heç-heçə ilə kifayətlənməli
oldular.
Yuri
Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Komandanın oyunundan razı qaldım. Külək
yaxşı oyuna mane oldu. Ümumilikdə komandadan razıyam. Konkret hər hansısa
oyunçunu fərqləndirmək istəmirəm. Kimin yaxşı, kimin pis olmasını klubun
daxilində müəyyən edirəm”.
Milinko
Pantiç, “Bakı” klubunun baş məşqçisi: “Çətin oyun oldu, çempionatın ən yaxşı
komandalarından birinə qarşı oynadıq. Seçim üçün çox oyunçumuz yoxdur. Raufun zədələnməsi
bizi üzdü. Subotiç mükəmməl qol vurdu. Məğlub olmadığımıza sevinirəm. İki xal
itirdiyimizə də üzülürəm. Qarşıda “Rəvan”la kubokun cavab oyunu var.
Komandaların aşağı liqaya düşməyəcəyi haqqında qərar onlarda arxayınlıq
yaratdı. Çempionat ərzində çoxlu yoldaşlıq oyunları görəcəyik. Bizdə hücumçu
çatışmazlığı var, bunu hamı görür. Rauf hər oyunda meydana çıxır, yaxşı
oyunçudur. Hər hansı bir qərar verəndə həmişə idman tərəfini də düşünmək
lazımdır”.
|