İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib: Azərbaycan kubokunun 1/4 final mərhələsinin “İnter” – “Neftçi” matçında “İnter” klubunun
4 futbolçusu sarı vərəqə cəzalandığı
üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 38-ci dəqiqəsində “Neftçi”
klubunun azarkeşləri tərəfindən pirotexniki vəasitələrdən istifadə edildiyi
üçün klub 1000 manat cərimə olunur (maddə
52).
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Rəvan” – “Bakı” matçında “Bakı” klubunun
4 futbolçusu sarı vərəqə cəzalandığı
üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Araz Naxçıvan” – “Xəzər Lənkəran” matçının
73-cü dəqiqəsində “Araz Naxçıvan”
klubunun inzibatçısı Yunis Məhərrəmov
texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1
oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 62).
Oyunun 90+3-cü dəqiqəsində “Xəzər Lənkəran”
klubunun 4 №-li futbolçusu Alvaro Silvanın əl ilə oyuna görə ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 200 manat cərimə
olunur (maddə 48).
|