![](uploads/azkubokyeni.jpg) Azərbaycan
kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Qəbələ” doğma
meydanda “Qarabağ”la qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyun
qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Əsl kubok oyunu oldu, hər iki
komanda ehtiyatlı oynadı. Komandalar səhvsiz oynamağa çalışırdı, ona görə də
müdafiədə boşluqlar olmadı. 0-0 pis nəticə deyil, qalib cavab oyununda bilinəcək.
Yaxşı komandaya və məşqçiyə qarşı mübarizə apardıq”.
Yuri
Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Azərbaycan futbolunun iki liderinə
qarşı ardıcıl oyunlar keçirmək həm fiziki, həm də psixoloji cəhətdən çətindir.
Kubokda hər mərhələ iki oyundan ibarət olduğu üçün nəticəni pis saymıram. 3
gündən bir oynasaq da, komanda pis oyun göstərmədi”.
|