Azərbaycan
A milli komandasının təlim-məşq toplanışını və 27 may 2014-cü il tarixində ABŞ
milli komandası ilə keçirəcəyi yoxlama oyununu nəzərə alaraq Topaz Premyer
Liqasının təqvimində aşağıdakı dəyişikliklər edilmişdir:
1. 33-cü
turun bütün oyunları 2 may 2014-cü il;
2. 34-cü
turun bütün oyunları 7 may 2014-cü il;
3.
35-ci turun bütün oyunları 12 may 2014-cü il;
4.
36-cı turun bütün oyunları 17 may 2014-cü il tarixində keçiriləcək.
22-ci
Azərbaycan kubokunun final oyunu isə 22 may 2014-cü il tarixində baş tutacaq.
|