Topaz Premyer Liqasının XXV turunun “Rəvan” – “Xəzər Lənkəran” matçında “Rəvan” klubunun 7 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XXV turunun “Qəbələ” – “Neftçi” matçının 1, 36, 38, 63-cü dəqiqələrində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
Oyunda “Qəbələ” azarkeşləri tərəfindən təhqiredici pankartlar açıldığı üçün klub 5000 manat cərimə olunur (maddə 42).
Topaz Premyer Liqasının XXV turunun AZAL – “Simurq” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 83-cü dəqiqəsində “Simurq” klubunun 2 №-li futbolçusu İlkin Qırtımovun kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 83-cü dəqiqəsində AZAL klubunun 3 №-li futbolçusu Aleksandr Şemonayev azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.1).
Əvəzedici heyətlərin XXV turunun AZAL – “Simurq” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur(maddə 40).
Oyunun 87-ci dəqiqəsində “Simurq” klubunun 16 №-li futbolçusu Məhərrəm Hüseynov təhqiredici hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 42.1).
Oyunun 90+2-ci dəqiqəsində AZAL klubunun 14 №-li futbolçusu Ruslan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XXV turunun “Sumqayıt” – “İnter” matçının 90-cı dəqiqəsində “Sumqayıt” klubunun 90 №-li futbolçusu Elmir Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun XX turunun “Şəmkir” – “Lokomotiv” matçının 65-ci dəqiqəsində “Şəmkir” klubunun 8 №-li futbolçusu Ramin Allahverdiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 80-ci dəqiqəsində “Lokomotiv” klubunun 5 №-li futbolçusu Tural Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun XX turunun “Neftçala” – MOİK matçının 63-cü dəqiqəsində MOİK klubunun məşqçisi Şamil Adilov texniki zona qaydalarını pozduğuna görə meydandan meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 62).
Azərbaycan I Divizionunun XX turunun “Araz Naxçıvan” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionunun XX turunun “Qaradağ Lökbatan” – “Bakılı” matçında “Bakılı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).