Bu həftə Azərbaycan kubokunda mübarizə davam
etdiriləcək. 1/4 finala vəsiqəni 2013-cü ildə qazanan 8 komanda yarımfinala
yüksəlmək üçün ilk oyunlarına çıxacaq. Peşəkar Futbol Liqasının rəsmi internet
saytı üz-üzə gələn cütlərin kubok yarışları tarixindəki oyunlarının balansını
təqdim edir.
1/4 final
12 mart (çərşənbə)
13. “İnter” – “Neftçi” +3=4-1, top fərqi 4-8
Paytaxt təmsilçilərinin kubokdakı yolları 5-ci dəfə kəsişib. Əvvəlki
4 dueldən 3-də “İnter” və yalnız sonuncusunda “Neftçi” mərhələ adlayıb. 4 duel
çərçivəsində keçirilən 8 görüşdən yarısında heç-heçə qeydə alınıb.
2004/05
|
1/4 final
|
Neftçi
(Bakı) - İnter (Bakı)
|
0:0,
0:0, pen. 3:4
|
2007/08
|
1/2 final
|
Neftçi
(Bakı) - İnter (Bakı)
|
2:2,
0:1
|
2009/10
|
1/4 final
|
Neftçi
(Bakı) - İnter (Bakı)
|
0:3,
1:2
|
2011/12
|
1/2 final
|
İnter
(Bakı) - Neftçi (Bakı)
|
0:0,
0:1
|
14. “Rəvan” – “Bakı” +0=1-0,
top fərqi 0-0
2 mövsüm əvvəl 1/8 finalda qarşılaşan rəqiblərin duelinin taleyini penaltilər
seriyası həll etmişdi. Həmin vaxt “Bakı” mərhələ adlamışdı.
2011/12
|
1/8 final
|
Bakı
- Rəvan
(Bakı)
|
0:0,
p.3:2
|
15. “Qəbələ” – “Qarabağ”
+0=4-0, top fərqi 3-3
Ardıcıl 3-cü dəfə 1/4 finalda qarşılaşan əyalət təmsilçilərinin kubok
oyunlarında indiyədək qalib gələn olmayıb. Baş tutan 4 oyunun hamısı heç-heçə
başa çatıb. Lakin hər iki dueldə səfər qolu sayəsində “Qarabağ” mərhələ
adlayıb.
2011/12
|
1/4 final
|
Qəbələ
- Qarabağ (Ağdam)
|
2:2,
0:0
|
2012/13
|
1/4 final
|
Qəbələ
- Qarabağ (Ağdam)
|
1:1,
0:0
|
16. “Araz Naxçıvan” – “Xəzər
Lənkəran” indiyədək görüşməyiblər.
|