![](uploads/ra27300.jpg) Topaz Premyer Liqasının 25-ci turu AZAL-ın futbolçusu Rəşad Abdullayev üçün əlamətdar olub. Təcrübəli yarımmüdafiəçi “Simurq”la qarşılaşmanın 79-cu dəqiqəsində meydana çıxmaqla Azərbaycan çempionatlarında yubiley – 300-cü matçına çıxıb. Hazırda karyerasını Premyer Liqada davam etdirən oyunçular arasında bu göstəricidə rekordçu olan Abdullayev 300-ə 14-cü mövsümdə çatıb. 1999/2000 mövsümündə çempionatda debüt edən yarımmüdafiəçi çıxış etdiyi 6 klubda ümumilikdə 300 matç keçirib. mövsüm | klub | oyun | qol | 1999/2000 | Xəzər Universiteti (Bakı) | 6 | 1 | 2000/01 | Xəzər Universiteti (Bakı) | 18 | 3 | 2001/02 | Xəzər Universiteti (Bakı) | 21 | 5 | 2003/04 | Xəzər Universiteti (Bakı) | 15 | 3 | 2004/05 | Xəzər Lənkəran | 26 | 2 | 2005/06 | Xəzər Lənkəran | 24 | - | 2006/07 | Xəzər Lənkəran | 23 | 4 | 2007/08 | Xəzər Lənkəran | 24 | 4 | 2008/09 | Xəzər Lənkəran | 18 | 2 | 2009/10 | Neftçi (Bakı) | 26 | 2 | 2010/11 | Neftçi (Bakı) | 26 | 7 | 2011/12 | Neftçi (Bakı) | 27 | 7 | 2012/13 | Qəbələ | 25 | 5 | 2013/14 | Rəvan (Bakı) | 16 | - | 2013/14 | AZAL (Bakı) | 5 | - | | Cəmi | 300 | 45 |
Rəşad Azərbaycan çempionatları tarixində 300 və daha çox oyun keçirən 12-ci futbolçu olub. Ona qədər 300-ü arxada qoyanların hamısı artıq karyeralarını başa vurublar. Bu üzdən 33 yaşlı yarımmüdafiəçi “12-lik”də daha da irəliləmək imkanına malikdir. Siyahıya isə çempionatların mütləq rekordçusu Mahmud Qurbanov başçılıq edir – 421 oyun. № | futbolçu | mövsüm | klub | oyun | 1. | Mahmud Qurbanov | 20 | 7 | 421 | 2. | Azər Məmmədov | 21 | 7 | 388 | 3. | Aslan Kərimov | 19 | 6 | 382 | 4. | Aqil Məmmədov | 19 | 9 | 364 | 5. | İsmayıl Məmmədov | 17 | 9 | 351 | 6. | Kənan Kərimov | 19 | 10 | 327 | 7. | Nadir Nəbiyev | 15 | 4 | 316 | 8. | Mübariz Orucov | 15 | 5 | 311 | 9. | Müşfiq Hüseynov | 14 | 4 | 305 | 10. | Ədəhim Niftəliyev | 17 | 8 | 303 | 11. | Kamal Quliyev | 16 | 5 | 302 | 12. | Rəşad Abdullayev | 14 | 6 | 300 |
|