![](uploads/neftciyeni.jpg) Topaz
Premyer Liqasının 25-ci turunda Qəbələyə səfər edən “Neftçi” yerli “Qəbələ” ilə
oyunda 2-1 hesablı qələbə qazandı.
Böyükağa
Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Maraqlı və gərgin oyun oldu. Rəqibi
yaxşı oyuna görə alqışlamaq lazımdır. “Qəbələ” əbəs yerə turnir cədvəlində yüksək
pillələrdə getmir. Çalışdım sübut edim ki, “Neftçi” əsas heyətlə həmin “Neftçi”dir.
“Xəzər Lənkəran”la oyundan sonra 4 əsas müdafiəçimiz bir neçə oyunu buraxmalı
oldu. Nəhayət bu gün komplektləşmiş heyətlə çıxış etdik və layiqli qələbə
qazandıq. Ernest Nfor əlinə düşən yüz faizlik qol imkanından istifadə edib
üçüncü qolu vura bilsəydi “Qəbələ” dayanardı. Müdafiədəki oyunumuzu alqışlayıram,
müdafiəçilərimiz çox yaxşı oynadı. 3 gün sonra “İnter”lə kubok oyunumuz var. Bu
il də bir sıra sürprizlərlə ölkə futbolunun tarixinə keçəcəyik. Karlos Kardoso və
ya Ernest Nfro pis futbolçular deyil. Uyğunlaşa bilməyən yalnız Melvin Platyedir.
Transfer siyasətimizdə səhvə yol verdiyimizi düşünmürəm. Çempionat sona
yaxınlaşdıqca mükafatlar uğrunda mübarizə daha da qızıışır, oyunlar daha gəgin
keçir. Bu gün rəqib fərdi cəhətdən “Neftçi”dən geri qalmırdı”.
Yuri Syomin,
“Qəbələ” klubunun baş məşqisi: “Bu cür gərgin oyunlarda bəsit səhvlərə çox yol
veririk. Hesabda geri düşdükdən sonra isə oyunu bərabərləşdirməyə çalışırıq. Daha
zəif komandalarla oyunlarda bu alınır, “Neftçi” və “Qarabağ” kimi güclü rəqiblərlə
isə alınmır. Komandanın ikinci dövrədə zəif çıxış etməsində ümumi problemlər
var. Turnir cədvəlində yüksək yerlərdəyik, yeni transferlərin komandaya uyğunlaşması
üçün vaxt lazımdır. Möcüzə birdən baş vermir, səbrli olmaq lazımdır. Etibarımı itirmək
kimi qorxum yoxdur. Komandanın keçən və bu mövsümdə hansı mövqelərdə olduğunu
müqayisə edin. İrəliləyiş var, ya yox?”.
|