![](uploads/simurqyeniloqo.jpg) Topaz Premyer Liqasının
25-ci turunda AZAL-ın qonağı olan “Simurq” gərgin idman mübarizəsində keçən
oyunda rəqibini 2-0 hesabı ilə məğlub etdi.
George Çixradze, “Simurq”
klubunun baş məşqçisi: “Qələbə qazanmaq istəyirdik. İlk hissədə qol vurmağı
bacardıq. İkinci hissədə qapıçımızın qaytardığı 11 metrlik cərimə zərbəsi qələbə
qazanmağımızda böyük rol oynadı”.
Vaqif Sadıqov, AZAL
klubunun baş məşqçisi: “Oyunun çətin keçəcəyini bilirdik. Həm ilk, həm də
ikinci hissədə kobud səhvlər etdik və məğlub olduq. 11 metrlik cərimə zərbəsi
oyunda dönüş nöqtəsi ola bilərdi”.
|