![](uploads/mahirflavinyoyubiley.jpg) Topaz Premyer Liqasının 24-cü turu “Neftçi”nin iki
əsas heyət oyunçusu üçün əlamətdar olub. Mahir Şükürov Premyer Liqada
200-cü, Flavinyo isə 100-cü matçına çıxıb.
Şükürov Azərbaycan çempionatlarının 22 illik
tarixində 200 və daha çox oyun keçirən 100-cü futbolçu oldu. Ölkə çempionatında
14 il əvvəl debüt edən Mahir karyerasını Premyer Liqada davam etdirən oyunçular
arasında “200”ü fəth edən 21-ci futbolçudur. Müdafiəçi “Neftçi”nin heyətində
yalnız hesabında 284 oyun olan Rəşad Sadiqovdan geri qalır. Bu müddətdə 5 qol
vuran Şükürov “Neftçi”də 68, “Karvan”da 38, “İnter”də 27, “Qəbələ”də 19,
“Olimpik”də 18, “Şəfa”da 12, “Xəzər Lənkəran”da 11, “Kimyaçı”da 7 oyun keçirib.
mövsüm
|
klub
|
oyun
|
qol
|
1999/2000
|
Kimyaçı (Sumqayıt)
|
7
|
|
2003/04
|
Şəfa (Bakı)
|
12
|
|
2004/05
|
Karvan (Yevlax)
|
13
|
|
2005/06
|
Karvan (Yevlax)
|
25
|
1
|
2006/07
|
Neftçi (Bakı)
|
21
|
|
2007/08
|
İnter (Bakı)
|
12
|
|
2007/08
|
Xəzər Lənkəran
|
11
|
|
2008/09
|
Olimpik
(Bakı)
|
18
|
1
|
2009/10
|
İnter
(Bakı)
|
15
|
|
2011/12
|
Qəbələ
|
19
|
|
2012/13
|
Neftçi (Bakı)
|
28
|
|
2013/14
|
Neftçi (Bakı)
|
19
|
3
|
|
Cəmi
|
200
|
5
|
Azərbaycanda 4-cü mövsümünü keçirən Flavinyo Mahirdən fərqli bütün oyunlarını
"Neftçi”də keçirib. Braziliyalı yarımmüdafiəçi paytaxt klubunun heyətində 100 və daha
çox çempionat matçı keçirən 17-ci futbolçudur. Flavinyo “Neftçi”də 100 matç keçirən ilk legioner kimi də tarixə
düşüb.
Ona qədər Azərbaycanda oynamış Braziliya futbolçuları
arasında yalnız biri eyni klubda 100 oyun həddini aşmışdı. Bu “Karvan”da 101
qarşılaşma keçirən Ernani Pereyradır. Növbəti oyunda həmyerlisinə çatmaq imkanı
olan Flavinyo 2 turdan sonra Azərbaycan klubuna ən sadiq braziliyalı adını əldə
edəcək.
mövsüm
|
klub
|
oyun
|
qol
|
2010/11
|
Neftçi (Bakı)
|
20
|
11
|
2011/12
|
Neftçi (Bakı)
|
29
|
10
|
2012/13
|
Neftçi (Bakı)
|
28
|
5
|
2013/14
|
Neftçi (Bakı)
|
23
|
2
|
|
Cəmi
|
100
|
28
|
|