![](uploads/reynaldohettrik.jpg) Topaz Premyer
Liqasında mövsümün 2-ci het-triki qeydə alınıb. “Qarabağ”ın futbolçusu Reynaldo
Silva “Neftçi” ilə görüşdə 3 qol vurmaqla 24-cü turun qəhrəmanı olub.
Braziliyalı yarımmüdafiəçi 4:1 hesablı səfər qələbəsinin əsas səbəbkarlarından
birinə çevrilib.
Cənubi
amerikalıyadək cari mövsümdə yalnız 1 dəfə hettrik qeydə alınmışdı. 4-cü turun
“Rəvan”la səfər görüşündə Baçana Sxadadze vurduğu 3 qolla “İnter”in 5:1 hesablı
qələbəsinə töhfə vermişdi. 2013-cü il avqustun 25-də baş tutan həmin görüşdən
sonra 1 oyunda 3 qol vuran olmamışdı.
Reynaldo həm də Azərbaycan çempionatlarında
het-trik müəllifi olan 3-cü braziliyalı oldu. Bunadək Premyer Liqada bu ölkədən
olan futbolçuların 3 belə uğuru qeydə alınmışdı. “Olimpik”də çıxış edən Leandro Qomeş 2009-cu il martın 7-də “Bakılı”nı 3 dəfə məyus etmişdi. Azərbaycan çempionatında 2 het-trik edən yeganə braziliyalı isə 2005/06 mövsümündə “Turan” azarkeşlərini sevindirən Junivan Suares olmuşdu.
|