Topaz Premyer
Liqasının 24-cü turu Azərbaycanın ən titullu klubu “Neftçi”nin böyük hesablı məğlubiyyəti
ilə əlamətdar olub. Paytaxt təmsilçisi öz meydanında “Qarabağ”a 1:4 hesabı ilə
yenilib. Bu məğlubiyyət “ağ-qaralar”ın ölkə çempionatları tarixində 3 və ya
daha çox top fərqilə uduzduğu 6-cı qarşılaşmadır.
1992-ci ildən ölkə
çempionatının daimi iştirakçısı üçün bu dəfəki yenilgi fərqli olub.
Belə ki, əvvəlki
5 halda səfərdə azarkeşlərini üzən bakılılar ilk dəfə doğma meydanda ağır məğlubiyyət
alıb.
Bundan başqa,
indiyədək heç vaxt eyni mövsümdə iki dəfə böyük hesabla uduzmayan “Neftçi” bu dəfə
belə uğursuzluq yaşadı. Cəmi 6 ay əvvəl “Bakı” həmşəhərlilərini 3 cavabsız qola
üstələmişdi.
“Qarabağ” isə
“Neftçi” üzərində 2 böyük hesablı qələbəsi olan 2-ci komanda kimi tarixdə
düşdü. Bunadək yalnız paytaxtın eyniadlı təmsilçisi bunu bacarmışdı.
“Neftçi”nin
Azərbaycan çempionlarındakı böyük hesablı məğlubiyyətləti
03.07.1992
|
Xəzər
(Sumqayıt) - Neftçi (Bakı)
|
3:0
|
20.10.2007
|
Bakı - Neftçi
(Bakı)
|
5:1
|
13.05.2011
|
Qarabağ (Ağdam)
- Neftçi (Bakı)
|
3:0
|
11.03.2012
|
Qəbələ - Neftçi
(Bakı)
|
4:1
|
31.08.2013
|
Bakı - Neftçi
(Bakı)
|
3:0
|
28.02.2014
|
Neftçi (Bakı) -
Qarabağ (Ağdam)
|
1:4
|
|