![](uploads/pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib: Topaz Premyer Liqasının XXIII turunun AZAL – “Xəzər Lənkəran” matçının
90+1-ci dəqiqəsində AZAL klubunun 3 №-li futbolçusu Aleksandr Şemonayev idmançıya
yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Rəvan” matçında “Qəbələ”
klubunun 4, “Rəvan” klubunun 7
futbolçusu sarı vərəqə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə
olunur (maddə 40).
Oyunun 74-cü dəqiqəsində “Rəvan” klubunun 1
№-li futbolçusu Lukas Sapela qeyri-etik jest göstərdiyinə görə birbaşa qırmızı
vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır,
klub 2000 manat cərimə olunur (maddə
42.1).
Əvəzedici heyətlərin XXIII
turunun “Qarabağ” – “Simurq” matçının 71 dəqiqəsində “Qarabağ” klubunun 8 №-li
futbolçusu Elçin Rəhimli idmançıya
yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XXIII
turunun “İnter” – “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub
500 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XXIII turunun
“Sumqayıt” – “Neftçi” matçının 87-ci dəqiqəsində “Neftçi” klubunun 5 №-li
futbolçusu Rahil Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100
manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun XVIII turunun “Energetik” – “Göyəzən” matçının 90+2-ci
dəqiqəsində “Göyəzən” klubunun 17 №-li futbolçusu Tamerlan Yusifov idmançıya
yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun XVIII “Şahdağ” – “Mil-Muğan” matçında “Mil-Muğan”
klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur
(maddə 40).
Oyunun 42-ci dəqiqəsində “Mil-Muğan”
klubunun 5 №-li futbolçusu Samir Babayev hakimi təhqir etdiyinə görə birbaşa
qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır,
klub 400 manat cərimə olunur (maddə 42.3).
Azərbaycan I Divizionunun XVIII “Bakılı” – “Lokomotiv” matçının 82-ci dəqiqəsində
“Lokomotiv” klubunun 17 №-li futbolçusu Salman Altuxanov idmançıya yaraşmayan hərəkətə
görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1
oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 90-cı dəqiqəsində “Lokomotiv”
klubunun 6 №-li futbolçusu Səbayıl Bağırov hakimi təhqir etdiyinə görə birbaşa
qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır,
klub 400 manat cərimə olunur (maddə 42.3).
Azərbaycan I Divizionunun XVIII “Qaradağ Lökbatan” – “Turan-T” matçının 90+4-cü dəqiqəsində
“Qaradağ Lökbatan” klubunun 10 №-li futbolçusu Timur Dadaşov aqressiv hərəkətə
görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4
oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 38.3).
Azərbaycan I Divizionunun XVIII MOİK – “Kəpəz” matçının 27-ci dəqiqəsində “Kəpəz”
klubunun 7 №-li futbolçusu Elmin Əlizadə ilə MOİK klubunun 16 №-li futbolçusu
Azər Nəsirov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları
üçün hər iki futbolçu 2 yunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 38.1).
Azərbaycan I Divizionunun XVIII “Ağsu” – “Araz Naxçıvan” matçının 90+3-cü dəqiqəsində
“Araz Naxçıvan” klubunun 4 №-li futbolçusu Fərman Qəmbərov komanda yoldaşını təhqir
etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün
futbolçu 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).
Oyunun 90+2-ci dəqiqəsində meydançaya
azarkeş daxil olduğu üçün meydan sahibi
klub 500 manat cərimə olunur (maddə 50).
|