![](uploads/sumqayit11oyun.jpg) “Sumqayıt”ın Topaz Premyer Liqasındakı qələbəsiz
oyunlar seriyası başa çatıb. Ardıcıl 19 oyundur qələbə qazana bilməyən Aqil
Məmmədovun yetirmələri 23-cü turda “Neftçi”ni 2:0 hesabı ilə məğlub etməklə uğursuz
seriyaya son qoyub.
“Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə 3-cü turda
qalib gəlmişdi. 2013-cü il avqustun 19-da öz meydanında “Qəbələ”ni 2:1 hesabı
ilə məğlub edən “Sumqayıt” 19 matçlıq qələbə həsrətinə 188 gündən sonra son
qoydu.
Qeyd edək ki, Azərbaycan çempionatlar tarixində ən
uzun qələbəsiz oyunlar seriyaları “Şəfa”, “Bakı” (hər ikisi 32), “Energetik”
(28) və “Göyəzən”ə (27) məxsusdur.
|