![](uploads/qarabagyeni.jpg) Topaz Premyer Liqasının 23-cü turunda “Qarabağ”
doğma meydanda “Simurq”la qarşılaşdı. Rəqibin müqavimətini qıra bilməyən Ağdam
təmsilçisi liderlərin xal itirdiyi turda qələbə qazana bilmədi – 0:0.
George Çixradze, “Simurq” klubunun baş məşqçisi:
“Oyun maraqlı oldu. Qalib gələ də bilərdik, məğlub ola da bilərdik. Bir xal
qazandıq. Bir neçə qol imkanından istifadə edə bilmədik. “Qarabağ”ın
futbolçuları topla yaxşı rəftar edir, bir neçə təhlükəli qol epziodu
yaratdılar. Bərabərliyi bizim üçün yaxşı nəticə hesab edirəm”.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi:
“Son zamanların ən çətin oyunu idi. “Simurq” bir çox rəqiblərdən üstün oynayır.
Çox səhvlər etdik bu oyunda, çox top itirdik. Yaradıcı futbol göstərə bilmədik.
Qol imkanları buraxılan səhvlərə görə oldu. Qarşıda “Neftçi” ilə oyunumuz var,
futbolçuları bu oyuna qədər tam hazır etməliyik. Topu rəqibə verdikdə daha çox
güc sərf edirik”.
|