![](uploads/Smqyityeni.jpg) Topaz Premyer Liqasının 23-cü turunda “Sumqayıt”
doğma meydanda “Neftçi” ilə qarşılaşdı. Rəqibini 2-0 hesabı ilə məğlub edən “gənclik
şəhəri”nin təmsilçiləri mövsümdə 2-ci qələbəsini qazandı.
Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi:
“0-2 hesabı ilə məğıub olduq. Günah məndədir, bir sıra səhvlərə yol verdim. Rəqibin
“Simurq”la oyununu analiz etmişdim, “Neftçi”yə qarşı komandalar başqa cür köklənir.
Qarşıda “Qarabağ”la keçiriəcəyimiz çox çətin oyun var. Müdafiədə buraxdığımız səhvlərdən
qapımızda qol gördük. Bu oyunda gənclərə şans verdik”.
Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi:
“Maraqlı oyun oldu. Komandaya və azarkeşlərə təşəkkür edirəm. Özüm də “Neftçi”də
oynamışam, komandaya hörmətim var. Bu oyunda qələbə qazanmaq vacib idi. Çətin
olacağını bilirdik, lakin qalib gələ bildik”.
|