Topaz
Premyer Liqasının 23-cü turunda “Rəvan” Qəbələdə yerli komandanın qonağı oldu.
Əzmkar oyun göstərən qonaqlar çətin səfər oyununda 1 xal qazandı – 0:0.
Yuri
Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Bugünkü oyunda biz iki xal itirdik. Mənə
görə komanda tələsik oynadı. Oyunumuz heç alınmadı”.
Güvenc
Kurtar, “Rəvan” klubunun baş məşqçisi: “”Qəbələ” Premyer Liqanın güclü
komandalarından biridir. İlk hissədə yaxşı oynadıq. Hissənin sonunda hakim rəqibi
100 faizlik penalti ilə cəzalandırmalı idi. Hakim də insandır, səhv edə bilər. Artıq
10 nəfərlə oynamağa alışdıq”.
|