![](uploads/22thebestceran.jpg) Topaz
Premyer Liqasında 22-ci turun rəmzi komandası məlumdur. InStat Football şirkətinin
Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötən turun ən
yaxşı 11-liyi aşağıdakı kimidir:
Qapıçı
– Lukaş Sapela (Rəvan)
Müdafiəçilər
– Yohan Bokonyano (İnter), İdan Vaytsman (Simurq), Laşa Salukvadze (İnter),
Emin Mehdiyev (Neftçi)
Yarımmüdafiəçilər
– Vaqif Cavadov (İnter), Rəşad Sadiqov (Neftçi), Aleksandar Soliç (Bakı), Araz
Abdullayev (Neftçi)
Hücumçular
– Draqan Çeran (Simurq), Rauf Əliyev (Bakı)
“Qarabağ”
bu dəfə də topa ən çox sahib olan və dəqiq ötürmə verən komandadır – oyun ərzində
47 dəqiqədən çox topa sahib olma, 82% dəqiq ötürmə. Hücum sayında “Xəzər Lənkəran”,
qapıya zərbələrdə isə “Simurq” üstün olub. “İnter” futbolçuları isə hamıdan çox
– 8 dəfə oyundankənar vəziyyətə düşüb. Cənub təmsilçisi həm də təkbətək mübarizələrdə
digər komandaları üstələyib. Ən çox qayda pozuntusuna yol verən komanda isə “Qəbələ”dir.
Topaz
Premyer Liqasında 22-ci turun ən yaxşı oyunçusu isə “Simurq”dan Draqan
Çerandır. 27 yaşlı serbiyalı hücumçu “Sumqayıt”la oyunda dubl edərək
komandasının böyükhesablı qələbəsində pay sahibi olub. TPL, 22-ci turun statistikası
|