![](http://pfl.az/uploads/divizion.jpg) Futbol
üzrə Azərbaycan I Divizionunda 18-ci turun “Şuşa” – “Karvan” matçının keçirilmə
tarixi dəyişdirilmişdir. “Şuşa” klubu PFL-ə müraciət edərək bir neçə
futbolçusunun Çimərlik futbolu üzrə Azərbaycan yığma komandasının heyətində ölkə
xaricində keçirilmiş taplanışından 23 fevral 2014-cü il tarixində geri döndükləri
üçün 18-ci turun oyununu 24 fevral 2014-cü il tarixinə keçirilməsini xahiş
etmişdir. Bu səbəbdən də 18-ci turun “Şuşa” – “Karvan” matçı 22 fevral 2014-cü
il tarixdən 24 fevral 2014-cü il tarixinə keçirilmişdir.
24 fevral (bazar ertəsi)
“Şuşa” – “Karvan”
“Şəfa”
stadionu, 4-cü meydança, 15:00
|