![](uploads/qarabagyeni.jpg) Topaz
Premyer Liqasının 22-ci turunda “Qarabağ” səfərdə autsayder “Rəvan”la
qarşılaşdı. İlk hissəsi qolsuz heç-heçə ilə başa çatan qarşılaşmada Ağdam təmsilçisi
ikinci hissədə əvəzetmədən meydana daxil olan Leroy Corcun iki qolu ilə qələbəyə sevindi – 2:0.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Əla oyun alındı. İlk hissədə
oynamaq çətin idi, buna baxmayaraq öz oyun üslubumuzu davam etdirdik və 3 xalı
qazandıq. “Rəvan” hər bir komanda üçün çətin rəqibdir”.
Güvenc
Kurtar, “Rəvan” klubunun baş məşqçisi: “”Qarabağ” çox yaxşı komandadır. Oyundan
öncə rəqibi yaxşı təhlil etmişdik, təəssüf ki, məğlub olduq”.
|