![](uploads/bakiyeni.jpg) Topaz
Premyer Liqasının 22-ci turunda “Bakı” səfərdə “Xəzər Lənkəran”la qarşılaşdı. Rəqibini
2-0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi turnir cədvəlində üçüncü pilləyə
yüksəldi.
Milinko
Pantiç, “Bakı” klubunun baş məşqçisi: “Çox maraqlı və gəirgin oyun keçdi. Qalib
gəldiyimiz üçün şadam, buna görə komandaya minnətdaram. “Xəzər Lənkəran”
maraqlı oyun göstərdi, yeni məşqçisi, yaxşı komandaları var. Gələcək oyunlarda
uğurlar arzulayıram. Hakimlər oyunu yaxşı idarə etdi”.
Mustafa
Denizli, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Azərbaycanda ilk məğlubiyyətimi
aldım. Demirəm ki, yaxşı oynadıq, səhvlərimiz çox oldu. Adətən qollar buraxılan
səhvdən vurulur. Qapımızdan bir qol buraxdıqdan sonra hesabı bərabərləşdirmək
üçün irəli atıldıq, lakin qapımızdan ikinci qolu buraxdıq. Məğlubiyyətin
olacağını bilirdik, bu tura təsadüf etdi. “Bakı” da bizim kimi oyuna hücumlarla
başladı. Biz məğlub olduq, “Bakı”ya qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
|