![](uploads/tpl1.jpg) Topaz
Premyer Liqasının 22-ci turunda baş tutmuş paytaxt derbisində “Neftçi” ən yaxın
izləyicisi “İnter”i qəbul etdi. Qonaqlar iki dəfə hesabda irəli çıxsalar da, tərəflər
yekunda hərəyə bir xal qazandı – 2:2.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Maraqlı və sürətli oyun oldu.
Azarkeşlərin bu oyundan zövq aldığını düşünürəm. Oyunu taktiki cəhətdən yaxşı
qurmuşduq, rəqib topla yaxşı rəftar edir, onlara rahat oynamaq üçün boş sahə
vermədik. “Neftçi” qol buraxdıqdan sonra toparlana bildi, bu da komandanın
gücünü göstərir. Çox maraqlı çempionat gedir, son turlara kimi mübarizə davam edəcək.
“Bakı” ilə oyuna kimi bərpa olunmaq üçün çox az vaxtımız var. Komandaya oyuna
görə təşəkkür edirəm. Bu vəziyyətdə 3 xalı itirdiyimizi düşünürəm”.
Böyükağa
Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Gərgin oyun oldu, hesabda iki dəfə
geri olsaq da, heç-heçə etdik. Müdafiəçilərin cəzalı olması oyunumuza təsir
etdi. Elvin Yunuszadə, Tərlan Quliyev və Denis Silvanın oyunu məni qane etmədi.
11 metrlik cərimə zərbəsi verilirsə, vərəqə də verilməli idi. Bir sıra legionerlərin
oyunu məni qane etmədi. Üç əvəzetmənin hamısı özünü doğrultdu. İrəlidə 14 oyun
var, aradakı xal fərqini azaltmağa çalışacağıq. İki standard vəziyyətdən qol
buraxdıq. Saşa Stamenkoviç hər iki topu götürməli idi. Buraxılan qollarda müdafiəçilərin
də günahı var idi. “İnter”in sonuncu dəfə “Neftçi”ni nə vaxt məğlub etdiyi
yadıma gəlmir. Ona görə də, “İnter” üç xal itirmədi, 1 xal qazandı”.
|