![](uploads/simurqyeniloqo.jpg) Topaz
Premyer Liqasının 22-ci turunda Zaqatalada “Sumqayıt”ı qəbul edən “Simurq” rəqibini
4-0 hesabı ilə məğlub etdi.
Aqil
Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Rəqib layiqli qələbə qazandı, çox
pis oynadıq. Hesab arasındakı fərq 5-6 top da ola bilərdi. Komandamız yox dərəcəsində
idi”.
George
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Komandaya oyuna və qələbəyə görə təşəkkür
edirəm. Oyuna yaxşı hazırlaşmışdıq. İlk hissənin başlanğıcında qol vurduq,
oyuna yaxşı başladıq. Ardıcıl 3 məğlubiyyətdən sonra yaxşı oyunla qələbə
qazandıq”.
|