Topaz
Premyer Liqasının 20-ci turunun daha bir maraqlı oyunu isə Lənkəranda baş
tutacaq. Bu il 10 illik yubileyini qeyd edən “Xəzər Lənkəran” doğma azarkeşləri
önündə son çempion “Neftçi”ni qəbul edir. Buna qədər baş tutan “Böyük oyun”larda
bakılıların üstünlüyü nəzərə çarpır – 9 qələbə. Oyunların 7-də Lənkəran təmsilçisi
qalib, 11 dəfə isə heç-heçə qeydə alınıb. Bu üstünlüyə baxmayaraq, “Neftçi” 7
ildir ki, səfərdə “Xəzər Lənkəran”a qalib gələ bilmir. “Ağ-qaralar” sonuncu dəfə
2007-ci ilin noyabrında “fırtınalar meydanı”ndan 3 xal aparıb.
Bu
mövsüm Topaz Premyer Liqasında “Xəzər Lənkəran” doğma meydanda keçirdiyi 9
oyundan yalnız 3-də qələbə qazanıb. Səfər oyunlarında cəmi 11 xal yığan “Neftçi”
3 qələbəyə və 2 heç-heçəyə sevinib.
08.12.2004
|
Xəzər
Lənkəran – Neftçi (Bakı)
|
1:1
|
11.05.2005
|
Neftçi
(Bakı) - Xəzər Lənkəran
|
2:1
|
10.06.2005
|
Neftçi
(Bakı) - Xəzər Lənkəran*
|
2:1
|
18.12.2005
|
Xəzər
Lənkəran - Neftçi (Bakı)
|
0:1
|
30.05.2006
|
Neftçi
(Bakı) - Xəzər Lənkəran
|
2:2
|
11.08.2006
|
Xəzər
Lənkəran - Neftçi (Bakı)
|
2:1
|
16.02.2007
|
Neftçi
(Bakı) - Xəzər Lənkəran
|
1:0
|
10.11.2007
|
Xəzər
Lənkəran - Neftçi (Bakı)
|
0:1
|
11.05.2008
|
Neftçi
(Bakı) - Xəzər Lənkəran
|
0:1
|
19.10.2008
|
Xəzər
Lənkəran - Neftçi (Bakı)
|
2:0
|
12.04.2009
|
Neftçi
(Bakı) - Xəzər Lənkəran
|
2:1
|
08.11.2009
|
Xəzər
Lənkəran - Neftçi (Bakı)
|
0:0
|
17.02.2010
|
Neftçi
(Bakı) - Xəzər Lənkəran
|
0:0
|
27.03.2010
|
Xəzər
Lənkəran - Neftçi (Bakı)
|
0:0
|
01.05.2010
|
Neftçi
(Bakı) - Xəzər Lənkəran
|
0:0
|
25.09.2010
|
Xəzər
Lənkəran - Neftçi (Bakı)
|
1:0
|
13.02.2011
|
Neftçi
(Bakı) - Xəzər Lənkəran
|
0:0
|
18.03.2011
|
Xəzər
Lənkəran - Neftçi (Bakı)
|
1:1
|
18.05.2011
|
Neftçi
(Bakı) - Xəzər Lənkəran
|
1:1
|
10.09.2011
|
Xəzər
Lənkəran - Neftçi (Bakı)
|
1:0
|
06.11.2011
|
Neftçi
(Bakı) - Xəzər Lənkəran
|
5:0
|
24.03.2012
|
Neftçi
(Bakı) - Xəzər Lənkəran
|
1:1
|
22.04.2012
|
Xəzər
Lənkəran - Neftçi (Bakı)
|
1:0
|
15.09.2012
|
Neftçi
(Bakı) - Xəzər Lənkəran
|
2:1
|
14.12.2012
|
Xəzər
Lənkəran - Neftçi (Bakı)
|
2:1
|
25.08.2013
|
Xəzər
Lənkəran - Neftçi (Bakı)
|
0:0
|
02.11.2013
|
Neftçi
(Bakı) - Xəzər Lənkəran
|
4:1 |
* -
“Qızıl oyun” neytral meydanda keçirilib.
Topaz
Premyer Liqasının ikinci dövrəsinə “Qarabağ” üzərindəki minimal hesablı səfər qələbəsi
ilə start verən “Xəzər Lənkəran” prinsipial rəqibi ilə oyunda iki oyunçunun
xidmətindən yararlana bilməyəcək – Slavik Alxasov və Elnur Abdullayev cəzalı
olduqları üçün bu oyunu kənardan izləyəcəklər. “Neftçi”dən isə Elvin Yunuszadə
və Ruslan Qurbanov eyni səbəbdən komandalarına kömək edə bilməyəcəklər. Cəzası
başa çatan Mahir Şükürov isə şans veriləcəyi təqdirdə meydana çıxacaq.
|