Topaz
Premyer Liqasının 20-ci turunun mərkəzi oyunu Qəbələdə keçiriləcək. Yerli “Qəbələ”
ilə Ağdam “Qarabağ”ının mübarizəsi turnir cədvəlində liderin müəyyən olunması
baxımından çox əhəmiyyətlidir. Ötən tur “Qarabağ”ın ev oyununda “Xəzər Lənkəran”a
məğlub olaraq xal itirməsindən maksimum faydalanan “Qəbələ” turnir cədvəlinin
vahid lideri oldu. Ötən tur “Neftçi”nin də qələbə qazanması ilə birdən-birə iki
pillə geri düşən ağdamlılar yenidən turnir cədvəlinin lideri olmaq üçün səfər
oyununda mütləq qələbə qazanmalı və “Neftçi”nin çətin Lənkəran səfərində xal
itirməsini gözləməlidir.
20.08.2006
|
Gilan
(Qəbələ) - Qarabağ (Ağdam)
|
0:2
|
22.02.2007
|
Qarabağ
(Ağdam) - Gilan (Qəbələ)
|
3:2
|
06.10.2007
|
Qəbələ
- Qarabağ (Ağdam)
|
1:2
|
13.04.2008
|
Qarabağ
(Ağdam) - Qəbələ
|
2:1
|
20.09.2008
|
Qəbələ
- Qarabağ (Ağdam)
|
1:2
|
15.03.2009
|
Qarabağ
(Ağdam) - Qəbələ
|
0:0
|
23.09.2009
|
Qarabağ
(Ağdam) - Qəbələ
|
0:0
|
06.12.2009
|
Qəbələ
- Qarabağ (Ağdam)
|
1:1
|
21.03.2010
|
Qəbələ
- Qarabağ (Ağdam)
|
3:1
|
24.04.2010
|
Qarabağ
(Ağdam) - Qəbələ
|
1:1
|
25.09.2010
|
Qəbələ
- Qarabağ (Ağdam)
|
2:1
|
13.02.2011
|
Qarabağ
(Ağdam) - Qəbələ
|
3:0
|
27.08.2011
|
Qarabağ
(Ağdam) - Qəbələ
|
0:1
|
21.12.2011
|
Qəbələ
- Qarabağ (Ağdam)
|
0:0
|
18.03.2012
|
Qarabağ
(Ağdam) - Qəbələ
|
1:1
|
14.04.2012
|
Qəbələ
- Qarabağ (Ağdam)
|
1:0
|
31.10.2012
|
Qarabağ
(Ağdam) - Qəbələ
|
1:2
|
10.02.2013
|
Qəbələ
- Qarabağ (Ağdam)
|
1:1
|
30.03.2013
|
Qarabağ
(Ağdam) - Qəbələ
|
1:0
|
28.04.2013
|
Qəbələ
- Qarabağ (Ağdam)
|
0:2
|
25.08.2013
|
Qəbələ
- Qarabağ (Ağdam)
|
0:1
|
03.11.2013
|
Qarabağ
(Ağdam) - Qəbələ
|
4:3 |
Komandaların
qarşıdurmasında “Qarabağ” üstünlüyə malikdir. 10 dəfə rəqibini məğlub edən
ağdamlılar, 7 dəfə xalları bərabər bölüb. 5 oyunda isə “Qəbələ” meydanı 3 xalla
tərk edib. Qeyd edək ki, “Qəbələ” artıq 5 oyundur ki, “Qarabağ”ı məğlub edə
bilmir. Bu oyunlarda cəmi 1 xal toplaya bilən “Qəbələ” buna keçən ilki ev
oyununda nail olub. Komandalar arasında bu mövsüm keçirilən hər iki oyunda
ağdamlılar sevinib (1:0, 4:3). Hər iki komandanın heyətində cəzalı futbolçunun
olmaması məşqçiləri sevindirməyə bilməz. “Qəbələ”nin əsas qol silahı Daniel
Subotiç də artıq cəzasını başa vurub və əsas heyətdə yer alacağı gözlənilir.
|