Futbol
üzrə Azərbaycan I Divizionunda XVI turunun “Şahdağ”
– “Göyəzən” və “Kəpəz” – Mil-Muğan” oyunlarının
keçirilmə yeri dəyişdirilmişdir. “Şahdağ” və “Kəpəz” klublarının PFL-ə müraciətinə
əsasən “Şahdağ” – “Göyəzən” matçı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər
stadionunda, “Kəpəz” – Mil-Muğan” matçı isə Yaşar Məmmədzadə adına Mingəçevir şəhər
stadionunda keçiriləcək. Buna səbəb hər iki klubun ev oyunlarını keçirdiyi
stadionun ot örtüyünün əlverişsiz şəraitdə olmasıdır.
08 fevral (şənbə)
“Şahdağ” – “Göyəzən”
Mehdi
Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança, 14:00
“Kəpəz” – “Mil-Muğan”
Yaşar Məmmədzadə
adına Mingəçevir şəhər stadionu, 14:00
|