Topaz
Premyer Liqasında 19-cu turun statistik məlumatları açıqlanıb. InStat Football
şirkətinin Peşəkar Futbol Liqasında təqdim etdiyi məlumatlara əsasən ötən turun
ən yaxşı 11-liyi aşağıdakı kimidir:
Qapıçı
– Saşa Stamenkoviç (Neftçi)
Müdafiəçilər
– Bruno Bertuççi (Neftçi), Bədavi Hüseynov (Qarabağ), Tieqo Vilyam (Xəzər Lənkəran),
Maksim Medvedev (Qarabağ)
Yarımmüdafiəçilər
– Cavid İmamverdiyev (Neftçi), Manuel Skarlatake (Xəzər Lənkəran), Flavinyo
(Neftçi), Junior Vilson (Bakı)
Hücumçular
– Ernest Nfor (Neftçi), Tiaqo Ribeyro (Rəvan)
Ötən tur
topa ən çox nəzarət “Qarabağ” komandasında olub – 65%. Ağdam təmsilçisi dəqiq
ötürmələrə görə də fərqlənib (89%). AZAL ən çox hücum quran (121), “Qəbələ” isə
rəqib qapısına ən çox zərbə endirən tərəfdir (18). “Simurq” 8 künc zərbəsi ilə,
“Rəvan” isə 5 oyundan kənar vəziyyətlə fərqlənib.
Topaz
Premyer Liqasında 19-cu turun ən yaxşı oyunçusu isə “Neftçi”nin hücumçusu Ernest
Nfordur. TPL, 19-cu turun statistikası
|