Topaz Premyer Liqasının 19-cu turunda qapılara 16 qol vurulub. Orta məhsuldarlıq 3,20-yə bərabər olub. Mövsümdə 5-ci dəfə bu rəqəm 3 və ya daha yüksək olub. Çempionatın 6-cı turunda da indiki kimi 16 qol vurulmuşdu. Mövsümün rekordu isə 22 qolun vurulduğu 12-ci turdur. 12-ci tur – 4,40 (22 qol) 18-ci tur – 3,40 (17 qol) 6-cı tur – 3,20 (16 qol) 19-cu tur – 3,20 (16 qol) 1-ci tur – 3,00 (15 qol) Qeyd edək ki, mövsümün antirekordu 8-ci turda qeydə alınıb. Həmin turun 5 oyununda cəmi 2 qol vurulub və orta məhsuldarlıq 0,40-a bərabər olub.
|