Topaz Premyer Liqasının 19-cu turuna “İnter” – AZAL oyunu ilə
yekun vuruldu. Rəqibini 2-1 hesabı ilə məğlub edəb “İnter” liderlər qrupu ilə arasındakı
xal fərqini qorudu.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Məğlub
olmağımıza baxmayaraq, bu gün komandam yaxşı oynadı. Oyundan razı qaldım. Oyunun
ədalətli nəticəsi heç-heçə olmalı idi. Lakin sonda ustalıq öz sözünü dedi. “İnter”
ikinci qolu vuraraq qələbə qazandı”.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Oyunun əvvəlində
hesabda irəli çıxdıq və hər iki qolumuz gözəl alındı. Rəqib bizə qarşı başa-baş
oyun göstərdi. Hətta, deyərdim ki, oyun boyu, bu, bizə çətinlik yaratdı. Komandamın
oyunundan razı qaldım. Vaqif müəllimin fikrinə hörmətlə yanaşıram. Onlar bizə
heç nədən qol vurdular, bizim qollarımız isə baxımlı alındı. Onların qolunu
gözləmirdik”.
|