Topaz
Premyer Liqasının 19-cu turunun “Neftçi” – “Simurq” qarşılaşmasında paytaxt təmsilçisi
3-0 hesabı ilə qalib gəldi. “Ağ-qaraların” qələbə qolları ikinci hissədə əvəzetmədən
daxil olan oyunçuların aktivindədir.
Giorgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Fasilədən sonra uğurlu nəticə əldə
edə bilmədik. İlk hissədə çox yaxşı oynadıq. Lakin ikinci hissədə kobud səhvdən
sonra qapımızda qol gördük. Komanda ruhdan düşdü, toparlana bilmədi. Oyunumuzu
itirdik, məğlub olduq. İlk hissəyə baxanda məğlub olacağımız ağlıma gəlməzdi. “Neftçi”
ölkə çempionudur, güclü komandadır. Fasilədən sonrakı oyunlar həmişə çətin
olur. Növbəti oyunda müəyyən dəyişikliklər olacaq”.
Böyükağa
Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Dünən rəqibimizin xal itirməsindən
maksimum yararlanmalı idik. Komanda oyuna başqa cür hazırlaşmışdı. Məğlub
olmağa haqqımız yox idi. Hiss olunurdu ki, komanda hələ tam istədiyimiz formada
deyil. İkinci hissədə komanda rəqibi bütün göstəricilərdə üstələdi. Meydanda
yalnız bir komanda var idi – “Neftçi”. Əvəzləmələr yerinə düşdü, iki oyunçu 3
qol vurdu. “Neftçi” hazır maşın kimidir, işə sal, get. Bahodır Nasimov iki
mövsüm öncə çempionatın ən sərrast futbolçusu olub. Ona inanıram. Bu gün hava
qarışıq idi, meydan ağır idi. O, ilk hissədə rəqibi yordu, Nfor isə çıxıb iki qol
vurdu. “Xəzər Lənkəran”ın Bakıda “Qarabağ” kimi güclü komandaya qalib gəlməsi
bizi növbəti oyuna daha da toparlanmağa vadar edir. Mənim vaxtımda “Neftçi” həmişə qalib gəlib. Mustafa Denizli türk
dünyasının görkəmli məşqçilərindəndir, böyük qardaşımızdır. Meydanda kim
güclüdürsə, o da qalib gələcək. Redniklə aramızda bir həssalıq var idi, onun “gəmi”sini
batırdım. Heyətlə bağlı problemimiz yoxdur, zədəli futbolçuları əvəz edəcək
oyunçularımız var. Meydanda can qoyan, dediklərimi edən futbolçu ilə dostam.
Oynamayan isə cəzasını alacaq”.
|