Topaz
Premyer Liqasının 19-cu turunda “Sumqayıt”la qarşılaşan “Qəbələ” rəqibini 3-0
hesabı ilə məğlub edərək turnir cədvəlində zirvəni ələ keçirdi.
Yuri
Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Fasilədən sonra oyunlar həmişə çətin
olur. “Sumqayıt” topa daha çox sahib idi. Lakin biz də öz oyunumuzu göstərdik
və qələbə qazandıq”.
Aqil
Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “”Qəbələ” bizim üçün çətin rəqibdir.
Öz səhvlərimizdən 3 top buraxdıq. Hesabı oyuna görə saymıram. Biz də yaxşı oynadıq.
“Qəbələ” azarkeşləri müxtəlif şüarlarla bizə təsir edirdi. Rəqibə qarşı küçə
ifadələri işlədənləri azarkeş hesab etmirəm, “Qəbələ”yə layiq deyillər”.
|