Topaz
Premyer Liqasının 19-cu turunda “Bakı” doğma meydanda “Rəvan”la qarşılaşdı. Rəqibini
5-1 hesabı ilə məğlub edən Milinko Pantiçin yetirmələri növbəti 3 xalı aktivinə
yazdı.
Milinko
Pantiç, “Bakı” klubunun baş məşqçisi: “Qələbə qazandıqdan sonra soyuq hava da
unudulur. Mükəmməl oyun oynadıq, qalib gəldik. Oyundan çox razıyam,
İspaniyadakı toplanışda göstərdiyimiz oyunu burada da göstərdik. Aqressiv
oynadıq, komandamı təbrik edirəm”.
Güvenc
Kurtar, “Rəvan” klubunun baş məşqçisi: “Oyuna pis başladıq. 10 gün ərzində az
çalışdıq. Bunu bəhanə kimi gətirmirəm. Belə qollar buraxmamalıyıq. Transferlərimiz
çox gec gəldi. Bu cür ilk və son oyunumuzdur. Bir də belə “Rəvan”ı görməyəcəksiniz”.
|