Topaz
Premyer Liqasının 19-cu turunun açılış oyununda “Xəzər Lənkəran” səfərdə “Qarabağ”la
qarşılaşdı. Maraqlı idman mübarizəsində keçən oyun qonaq komandanın minimal
hesablı qələbəsi ilə başa çatdı – 1:0. “Xəzər Lənkəran”ın qələbə qolu Manuel
Skarlatakenin hesabındadır.
Oğuz
Çetin, “Xəzər Lənkəran” klubunun məşqçisi: “Mustafa Denizli özünü yaxşı hiss
etmədiyi üçün xəstəxanaya yerləşdirilib. Çox çətin rəqibə, həm də çempionatın
liderinə qarşı oynadıq. Bu cür oyunda qalib gəlmək çətindi. Çox dəyərli məşqçi
ilə çalışırıq. Mənim vasitəmlə bütün tapşırıqlarını futbolçulara çatdırdı.
Oyunçuları təbrik edirəm, fədakar oyun göstərdilər. Turnir cədvəlində bizdən irəlidə
gedən komandalara çatmaq üçün bu cür oyunlarda qalib gəlməliyik. Skarlatake
dayaq yarımmüdafiəçisi kimi çox yaxşı oynadı, razı qaldıq. İlk 11-liyi Mustafa
Denizli müəyyənləşdirmişdi. Cismən burada olmasa da, mənəvi cəhətdən bizim
yanımızda idi. Tam hazır olduğumuzu deyə bilmərəm, amma hər oyunda daha da
yaxşı olacağımıza inanıram”.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “”Xəzər Lənkəran”ı qələbə münasibəti
ilə təbrik edirəm. Təbii ki, biz də qalib gəlmək istəyirdik. Futbolçular verilən
tapşırıqları yerinə yetirməyə çalışdılar, onlara iradım yoxdur. Komanda 90 dəqiqə
ərzində gücünü düzgün bölə bilmədi. 3-4 turdan sonra futbolçuların lazımi
formada olacağını düşünürəm. Rəqibi Antalyada da izləmişdim, oyun üslubunda fərq yoxdur. Standart vəziyyətlərdə Skarlatakenin təhlükəli olduğunu bilirdik, amma öz qolunu vurdu. Hər iki hissəyə pis başladıq. Rəqib nəticə üçün hər şey etdi, qələbə qazandı. Təcrübəli futbolçulardan təşkil olunmuş komandadır. Komandamızın bir futbolçudan asılı olduğunu düşünmürəm. Bir neçə futbolçu olmaması oyun sisteminə təsir edir”.
|