AFFA-nın inzibati
binasında hakim-inspektor və AFFA nümayəndələri üçün iki günlük seminar keçirilir.
Bu gün başa çatacaq seminarda Topaz Premyer Liqası, Birinci divizion və əvəzedici
komandaların çempionatına təyinat alan 70 nəfər hakim-inspektor və AFFA nümayəndəsi
iştirak edir. Seminarda çıxış etmiş Peşəkar Futbol Liqasının prezidenti Ramin
Musayev hakim-inspektor və AFFA nümayəndələrinin yarışların ikinci dövrəsinə
hazırlığı ilə maraqlanmış və onlara uğurlar arzulamışdır.
|