Topaz
Premyer Liqasının ikinci yarısına hazırlığı Antalyada davam etdirən “Xəzər Lənkəran”
klubu heyətinə yeni futbolçu cəlb edib. Cənub təmsilçisi xorvat qapıçı
Vyekoslav Tomiç ilə bir illik müqavilə imzalayıb. Tomiç son olaraq Moldovanın
“Şerif” klubunda çıxış edib.
Qeyd
edək ki, qış fasiləsində “Xəzər Lənkəran”ı daha bir futbolçu tərk edib. Klub
ispan yarımmüdafiəçi Eduard Oriol ilə qarşılıqlı razılaşma əsasında müqaviləni
ləğv edib.
|