Beynəlxalq
Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən güclü
klublarının reytinq cədvəlini açıqlayıb. Siyahıda 200 ən güclü komanda yer
alıb. Avropa Liqasında 3 mərhələ keçən “Qarabağ” dünyanın 111-ci komandasıdır.
Hesabında 119,5 xal olan Qurban Qurbanovun yetirmələri “River Pleyt”
(Argentina), “Marsel” (Fransa), MOİK (Rusiya), “Udineze” (İtaliya), “Anderlext”
(Belçika), “Malaqa” (İspaniya), “Nyukasl”, “Everton”, “Liverpul”, “Uiqan”
(hamısı İngiltərə), “Volfsburq”, “Ştutqart” (hər ikisi Almaniya) kimi klubları
arxada qoyur.
|
|