“Qəbələ”nin uzun müddətdir zədəli olan müdafiəçiləri Rail Məlikovla
Umar Kalabane məşqlərdə iştirak edir. Komandanın həkim-fizioterapevti Rahim Məhərrəmovun
“Qəbələ”nin rəsmi saytına verdiyi açıqlamaya görə, tam gücü ilə hazırlaşan Kalabanedən fərqli Məlikov, hələ
ki, fərdi proqram üzrə çalışır. Railin İstanbulda son müayinəsi əla nəticələr
verib.
Əzələ bağlarından biri qopan müdafiəçi Ürfan Abbasov da tam
sağalaraq komandanın hazırlığında iştirak edir. Digər gənc müdafiəçi Sadiq
Quliyev isə əməliyyatdan sonra bərpa prosesi keçir. O, Antalya hazırlığının
2-ci mərhələsində komanda məşqlərinə qoşulacaq. “Qəbələ”nin braziliyalı qapıçısı
Dieqo Kosta Silva isə əməliyyatdan sonra vətənində bərpa prosesi keçir. Dieqonun
komandaya Azərbaycanda qoşulacağı gözlənilir.
|