Topaz Premyer
Liqasının 17-ci turunun statistik məlumatları açıqlanmışdır.
Ötən tur paytaxtın “İnter”
klubu topa sahib olmada digərlərindən üstün olub – 38 dəqiqə (58%). Sürətli
hücumlarda isə “Xəzər Lənkəran” və “Bakı” klubları fərqlənib.
17-ci turda AZAL-ı 3:0
hesabı ilə məğlub edən Zaqatalanın “Simurq” klubu isə bir neçə göstəriciyə görə
ilk pillədədir. Əyalət təmsilçisi hücumların sayına, qapıya zərbələrə, dəqiq
ötümələrə, sürətli ötürmələrə, künc zərbələrinə, uğurlu hava mübarizələrinə və
aldadıcı hərəkətlərə görə digər komandaları üstələyib. “Qəbələ” futbolçuları bu tur 5
dəfə oyundan kənar vəziyyətə düşüb. Rəqibdən top almaqda “Bakı”, ötürmələrin
qarşısını almaqda isə “Qəbələ” futbolçuları fərqlənib. AZAL tur ərzində ən çox
qayda pozuntusuna yol verən komandadır.
Hamıdan çox qapıya zərbə
endirən Rauf Əliyev (Bakı), komanda yoldaşlarına dəqiq ötürmə verən isə Slavço
Georgiyevskidir (İnter). Hava mübarizələrində “Simurq”un hücumçusu Draqan Çeran
rəqiblərindən üstün olub. “Qarabağ”lı Bədavi Hüseynov rəqibdən top almaqda
uğurlu olub – oyun ərzində 10 dəfə. Ən çox qayda pozuntusuna yol verən
Aleksandr Şemonayev (AZAL), qayda pozuntusuna məruz qalan isə komanda yoldaşı Qərib
İbrahimovdur. “Xəzər Lənkəran”ın müdafiəçisi Vanderson Skarduelli rəqib ötürmələrinin
qarşısını almaqda digərlərini qabaqlayıb.
|