Topaz Premyer
Liqasında 17-ci turun rəmzi komandası açıqlanıb. InStat Football şirkətinin Peşəkar
Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən yaxşı
11-liyi aşağıdakı kimidir:
Qapıçı – Saşa
Stamenkoviç (Neftçi);
Müdafiəçilər – Yure
Travner (Bakı), Laşa Salukvadze (İnter), Brüs Abdulaye (İnter), Mahir Şükürov
(Neftçi);
Yarımmüdafiəçilər – Flavio
Aleks Valensio (Neftçi), Lukas Mario Horvat (Bakı), Araz Abdullayev (Neftçi),
Vaqif Cavadov (İnter);
Hücumçular – Rauf
Əliyev (Bakı), Draqan Çeran (Simurq).
Topaz Premyer
Liqasında 17-ci turun ən yaxşı oyunçusu isə “Neftçi”nin braziliyalı yarımmüdafiəçisi
Flavio Aleks Valensiodur. TPL, 17-ci turun statistikası
|