Topaz
Premyer Liqasının 17-ci turunun “İnter” – “Sumqayıt” oyununda hesabı açan
Abdulla Abatsiyevin qolu meydan sahibləri üçün əlamətdar olub. Belə ki,
milliləşən legioner paytaxt təmsilçisinin ölkə çempionatının yüksək dəstəsində
500-cü qolunu vurub. Bu qarşılaşmayadək hesabında 499 qol olan
“İnter” sumqayıtlıları 2:0 hesabı ilə udaraq bu rəqəmi 501-ə çatdırıb.
1999-cu
ildən ölkənin ən güclü klubları sırasında olan komanda ilk 4 mövsümdə “Xəzər
Universiteti” adı altında çıxış edib. Bu müddətdə bakılılar 110 qol vurub.
2004-cü ildə adını dəyişən paytaxt təmsilçisi daha 391 dəfə fərqlənməklə qol
sayını 501-ə çatdırıb.
501
qolunu 371 matçda vuran “İnter” öz qapısından 316-nı buraxıb. Vurulan qolların
273-ü ev, 228-i səfər matçlarında qeydə alınıb. Texniki qələbənin əldə olunduğu
5 matç isə top fərqində əksini tapmayıb.
“İnter”
Azərbaycan çempionatları tarixində 500 qol səddini arxada qoyan 6-cı komandadır. Onlara
qədər “Neftçi”, “Qarabağ”, “Kəpəz”, “Turan” və “Bakı” da bunu bacarıb.
Qeyd
edək ki, paytaxt təmsilçisi ilk qolunu 1999-cu il noyabrın
7-də “Neftçi” ilə ev oyununda vurub. Komandasının 2:3 hesabı ilə uduzduğu
matçın 37-ci dəqiqəsində fərqlənən Samir Ələkbərov klubun tarixində düşüb.
“İnter”in mövsümlər üzrə vurduğu qollar
Mövsüm
|
Qol
|
1999/2000
|
19
|
2000/01
|
23
|
2001/02
|
31
|
2003/04
|
37
|
2004/05
|
41
|
2005/06
|
35
|
2006/07
|
36
|
2007/08
|
55
|
2008/09
|
54
|
2009/10
|
47
|
2010/11
|
29
|
2011/12
|
29
|
2012/13
|
38
|
2013/14
|
27
|
Cəmi
|
501
|
|