Topaz Premyer Liqasında mövsümün ən uzun
məğlubiyyətsizlik seriyası qırılıb. Çempionatın 5-ci turunda AZAL-a 0:1 hesabı
ilə uduzduqdan sonra 11 qarşılaşmada xalsız qalmayan “Qarabağ” 17-ci turda
“Bakı”ya 1:2 hesabı ilə yenilməklə meydanı əliboş tərk edib.
Bu uğurlu seriya klubun tarixində 11 ən uzun
məğlubiyyətsizliklərdən biridir. “Qarabağ”ın çempionatlardakı rekordu isə
bundan ikiqat artıq - 22 məğlubiyyətsiz oyuna bərabərdir.
Martın
12-də Zaqatalada “Simurq”a 0:1 hesabı ilə uduzduqdan sonra rəqib meydanlarında
ardıcıl 12 qarşılaşmada məğlub olmayan komandanın bu seriyası da başa çatıb.
Qurban Qurbanovun yetirmələri 278 gündən sonra səfərdən xalsız qayıdıblar. Bu
isə klub tarixinin mütləq rekordudur.
|