Topaz
Premyer Liqasının 17-ci turunun son oyununda “Neftçi” “Qəbələ” ilə qarşılaşdı.
Rəqibini 2-1 hesabı ilə məğlub edən paytaxt təmsilçisi turnir cədvəlinin vahid
lideri oldu.
Yuri
Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Çox maraqlı, qol epizodları ilə bol
oyun oldu. Futbolçularıma iradım yoxdur, səhvləri nəzər almasaq, ümumilikdə
yaxşı oynadıq. Hakimin son dəqiqələrdə təyin etdiyi cərimə zərbəsi mənim üçün
aydın olmadı. Hakimlərin bəzi qərarları qəribə görünürdü. Qalib gələn komanda
qələbəyə layiqdir. Oyun gərgin keçdiyi üçün 90 dəqiqə ayaq üstə idim. Həm “Neftçi”yə,
həm də “Qarabağ”a məğlub olmuşuqsa, demək onlardan zəifik”.
Nazim
Süleymanov, “Neftçi” klubunun baş məşqçisi: “Qələbə həmişə yaxşıdır. Bir tərəf
qalib gələndə, digəri məğlub olur. “Qarabağ”a məğlub olduqdan sonra mənə böyük
təzyiqlər oldu. Amma rəhbərlik mənə dəstək oldu, buna görə minnətdaram. Futbol əzmkar
mübarizədir, çox gözəl oyun oldu. Rəqib komanda da gözəl oyun nümayiş etdirdi. Hakimliklə bağlı hər hansı məqamları qeyd etmək istəmirik, lakin müəyyən məqamlar var. Bu gün
qələbəyə layiq idik, bunu oyunumuzla sübut etdik. İqor Mitreski “Qarabağ”la
oyunda buraxdığı səhvlərə görə bu gün əsas heyətdə yox idi”.
|