Topaz
Premyer Liqasının 17-ci turunda “Bakı” doğma meydanda lider “Qarabağ”ı məğlub
etdi – 2:1.
Milinko
Pantiç, “Bakı” klubunun baş məşqçisi: “Yetirmələrimi təbrik edirəm. Bizim üçün
çox vacib qələbə oldu. Çempionatın lideri ilə qarşılaşdıq və qalib gəldik. “Qarabağ”
kimi komandanı məğlub etmək üçün imkanlarından 150 faiz istifadə etməlisən. Oyunçularım
yaxşı mübarizə apardı, bəziləri isə zədələndi. Komandama bu oyunda mübarizə
aparmağı, gəzərək oynamamağı dedim. Rəqib üzərində basqı, qələbə istəyi
olmalıdır. Komanda verilən tapşırıqları yeinə yetirdi. Məni narahat edən əsas məqam
asanlıqla qol buraxmağımızdır. Son vaxtlar qapımızdan bu cür qollar buraxırıq”.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Çox ağır oyun oldu. İstədiklərimizi
əldə edə bilmədik, problemlərimiz var idi. “Bakı”nı qələbə ilə təbrik edirəm.
Bərabərlik qolunu vurmağa çalışdıq, lakin alınmadı. Oyunçularımız meydanda çox
qaçdı, çox hərəkət etdilər. Rauf Əliyevi qol vurması ilə təbrik edirəm”.
|