Topaz
Premyer Liqasının 17-ci turunda “İnter” doğma meydanda “Sumqayıt”la qarşılaşdı.
Rəqibini 2-0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi turnir cədvəlindəki
mövqeyini möhkəmləndirdi.
Aqil Məmmədov,
“Sumqayıt” klubunun baş məşqçisi: “Oyunumuz alınmır, qələbə qazana bilmirik. Səbəbini
bilmirəm. Hücum xəttindən narazıyam. Rəqibin cərimə meydançasına qədər gəlirik,
lakin son ötürmələrdə, qapıya zərbələrdə qeyri-dəqiqlik var. Oyundan və nəticədən
narazıyam”.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Bugünkü oyunda qələbə qazanmaq vacib
idi. 3 xalı qazandığımız üçün şadam. Komandamı təbrik edirəm. “Sumqayıt”
komandası əsasən gənc futbolçulardan təşkil olunub, sevindirici haldır ki, sonadək
mübarizə apardılar, əzmkar oyun göstərdilər. Lakin bu gün “İnter” rəqibindən
üstün idi”.
|