Topaz Premyer Liqasında ən yaxşıların mükafatlandırılması mərasimində iştirak edən PFL-in Texniki-İdman şöbəsinin rəisi Zamiq Hüseynov növbəti mövsümdən Premyer Liqanın formatının dəyişdirilməyəcəyini bildirmişdir. “AFFA İcraiyyə Komitəsinin qarşıdan gələn iclasında Premyer Liqanın formatının dəyişdirilməsi yox, Azərbaycan milli komandasının baş məşqçisi ilə bağlı məsələ müzakir olunacaq. Premyer Liqanın fomatının dəyişdirilməsilə bağlı gəzən söz-söhbətlər sadəcə fərziyyədir”.
|