Topaz Premyer
Liqasının 16-cı turunda Sumqayıtda eyniadlı komandanın qonağı olan “Bakı” rəqibini
2-1 hesabı ilə məğlub etdi.
Milinko Pantiç, “Bakı”
klubunun baş məşqçisi: “Bugünkü oyunda qələbə qazandıq, lakin meydançanın vəziyyəti
yaxşı deyildi. Bu cür hava şəraitində də oynamaq çətindir. Bəxt bu gün bizim tərəfimizdə
idi. İlk hissədə külək rəqib qapısına əsirdi, lakin bundan tam yararlana blmədik.
İkinci hissədə isə bizə daha çətin oldu. Bir daha yetirmələrimi qələbə ilə təbrik
edirəm. Heyətimizdə iki sumqayıtlı oyunçu var. Elxan Əhmədov və Vüqar Bəybalayev
üçün çətin olsa da, uğurlu çıxış etdilər”.
Aqil Məmmədov, “Sumqayıt”
klubunun baş məşqçisi: “Maraqlı oyun getdi. Hiss olunurdu ki, komandam uduzmaq
istəmir, qələbəyə oynayırdıq. Hava şəraiti də oyuna təsir etdi. Nəticədən razı
deyiləm, amma komandanın oyunundan razıyam”.
|