Topaz
Premyer Liqasının 16-cı turunda doğma meydanda “Rəvan”ı qəbul edən AZAL Şəhriyar
Rəhimovun son dəqiqələrdə vurduğu iki qolla əzmkar qələbə qazandı və qələbəsizlik
seriyasına son qoydu – 2:1.
Şahin
Diniyev, “Rəvan” klubunun baş məşqçisi: “AZAL klubunu əzmkar qələbə ilə təbrik
edirəm. Öz komandam haqqında heç nə demək istəmirəm. Qələbə istəyi AZAL-da daha
çox idi. Qapımıza vurulan birinci qoldan sonra texniki zonanı tərk etmək istəyirdim.
Komandanın heyətində oyunun gedişini dəyişəcək, lider futbolçu yoxdur”.
Vaqif
Sadıqov, AZAL klubunun baş məşqçisi: “Bu cür oyunlar istənilən çempionatın bəzəyi
ola bilər. “Rəvan” artıq başqa komandadır, oyunun əvvəlkilərdən daha çətin
olacağını bilirdik. Komanda sona kimi oynadı, istədiyimiz qolları son dəqiqələrdə
vurduq. Hər iki komandanın kifayət qədər problemləri var, qış fasiləsində bunun
üzərində işləmək lazımdır. Komandada heç kimi fərqləndirmək istəmirəm”.
|